Logo

Avropanın ən varlı adamı kimdir?


Avropanın ən varlı adamı “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arnodur.

Topxeber.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg Billionaires Index” hesabatında deyilir.

Bildirilir ki, B. Arno dünyanın ən zəngin insanları sıralamasında dördüncü yeri tutur. O, “Inditex” şirkətinin qurucusu və sabiq prezidenti ispan Amansio Orteqanı qabaqlayaraq Avropanın ən zəngin insanı olub. Fransız B. Arnonun sərvəti 70,7 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, əsası 1859-cu ildə qoyulan “Louis Vuitton” firması fransız dəb evidir.

Məftun Salmanov