Logo

Dünyanın ən gözəl pulu seçildi


Beynəlxalq Əskinas Birliyi İsveçrənin 10 frank dəyərində banknotunu 2017-ci ilin ən gözəl pulu seçib.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, əskinasın seçimi zamanı dizayn, bədii məziyyətlər, rəng, kontrast və balansdan istifadə kimi meyarlar nəzərə alınıb. Bundan başqa, əskinasın saxtalaşdırmadan qorunma səviyyəsi də qiymətləndirilib.

İsveçrənin 10 frankı ölkənin Mərkəzi Bankının tədavülə buraxdığı yeni əskinasdır. Əskinasda isveçrəlilərin musiqiyə qarşı sevgisini və vaxta ehtiyatla yanaşmasının rəmzi olan dirijor çubuğu ilə insan əlləri və saat mexanizmi əks olunub.

Beynəlxalq Əskinas Birliyinin məlumatına əsasən, 2017-ci ildə bütün dünya üzrə 170-dən çox əskinas buraxılıb və onun üçdə birinin tam yeni dizaynı olmayıb.

Məftun Salmanov