Logo

“Facebook” ən populyar səhifələri yoxlayacaq


“Facebook” rəhbərliyi bəyan edib ki, sosial şəbəkədə səhifələri xüsusi populyarlıq qazanmış bütün istifadəçilərin şəxsiyyətini yoxlayacaq.

Topxeber.Az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, şirkət bu yolla saxta xəbərlərin və təbliğatın yayılması ilə mübarizə aparmağa çalışır.

“Facebook”un rəhbəri Mark Zukerberq deyib ki, xüsusi populyar səhifələr yoxlamadan keçiriləcək: “Yoxlama zamanı kiməsə qarşı iddialar yaranarsa, məlumat yerləşdirmək qadağan ediləcək. Bu cür addım istifadəçilərə öz şəxsiyyətlərini gizləmək üçün saxta akkauntlardan istifadəyə mane olmağa hesablanıb”.

Məftun Salmanov