Logo

İdmançıların avtobusu qəza etdi - 14 nəfər öldü - YENİLƏNİB


Kanadada gənc hokkeyçilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ölüb.

Topxeber.Az xarici mətbuata istinadən bildirir ki,APA-nın "Globe and Mail" nəşrinə istinadən verdiyi məlumata görə, daha 14 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Üç nəfərin durumu kritik kimi qiymətləndirilir.

***11:30

Kanadada gənc hokkeyçilərin olduğu avtobus qəzaya uğrayıb.

Topxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alan var.

Bildirilir ki, avtobus yük avtomobili ilə toqquşub.

Kanada baş naziri Castin Trüdo ölən hokkeyçilərin yaxınlarına başsağlığı verib.