07.04.2018 09:25
13
İsrail ordusu ilə toqquşmalarda ölən fələstinlilərin sayı durmadan artır
Ötən gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 9 nəfərə çatıb.
Topxeber.Az Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsurun məlumatına əsasən bildirir ki, ölənlərdən 1-i uşaqdır.
"Xəsarət alanların sayı isə 1000 nəfəri keçib. Martın 30-dan etibarən Qəzza zolağının sərhədində ölən fələstinlilərin sayı 30-a çatıb, 2 500-dən çoxu yaralanıb”, deyə R.Mənsur qeyd edib. İsrail hökuməti bölgədə vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.