Logo

İdmançılarımızdan ABŞ-da böyük hesablı qələbə


ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışlarına start verilib.

Topxeber.az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə “B” yarımqrupunda mübarizə aparır. ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları isə “A” yarımqrupunda yarışırlar.

İlk yarış günündə yığmamız Kuba və Qazaxıstan komandaları ilə qarşılaşıb. Millimiz Kuba yığmasına 8:2, Qazaxıstana isə 9:1 hesabı ilə qalib gəlib.
Güləşçilərimiz növbəti görüşlərini aprelin 8-də Monqolustan komandasına qarşı keçirəcəklər.