Logo

"Bizi döyə-döyə öyrədib" - Röya bunları ilk dəfə etiraf etdi - VİDEO


Əməkdar artist Röya Ayxan "Xəzər maqazin"ə açıqlamasında sevgi həyatından danışıb. 

Topxeber.Az-ın məlumatına görə, müğənni bildirib ki, tək ailəsinə yox, bütün qohumlarına maddi dəstək göstərir:

"Həyatımda adam varsa da, yoxsa da hər gün işləyirəm. Çünki, üstümdə böyük bir külfət var. Mən işləməsəm durğunluq olar. Bizdə heç kim işləmir. Anamın tayfası var. Ağıla sığılmaz dərəcədə onlara kömək edirəm. Xalam qızları, əmim uşaqları, toy edən, əsgər gedən, qız qaçırdan - hamının işini edirəm, hər zaman da edəcəm. Heç vaxt işsiz qala bilmərəm. 

Kişi olanda da, olmayanda da fərqi yoxdur. Mən kişi pulu ilə yaşayan deyiləm, vecimə deyil. Kasıbı da, varlısı da olsun... Özüm qazanıram. Sevəndə də adi sevirəm”.

Röya ev işləri görməsindən danışıb:

“Evimi özüm təmizləyirəm. Anam bizi döyə-döyə öyrədib. Qabın yanındakı balaca yağı belə görürəm. Qəşəng yeməklər bişirərəm, kişiyə də yaxşı baxıram”