Logo

Əməkdar artist vəfat etdi


Rusiyanın əməkdar artisti, “Müasir Pyeslər Teatrının” aktrisası Anjelika Volkçova dünyasını dəyişib.

Topxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa ağır xəstəliyə tab gətirə bilməyib.

Əməkdar artistlə vida mərasimi sabah teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına “Muxtarın qayıdışı” serialından yaxşı tanış olan aktrisa həmçinin “Londonqrad” və “Qromovlar” serialarında maraqlı obrazlar yaradıb.