Logo

FİDE Prezident Şurası təşkilatın hazırkı prezidentinin dərhal istefasını tələb edib


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurası təşkilatın hazırkı prezidenti Kirsan İlyumjinovdan dərhal istefaya getməsini tələb edib. 

Topxeber.Az APA-ya istinadən verdiyi xəbərə görə, təşkilatın mətbuat xidmətinin məlumatına əsasən, qərar qurumun Minskdə keçirilmiş iclasında qəbul edilib.

Məlumata görə, qeyd olunan qərarın qəbul edilməsinə səbəb K.İlyumjinovun ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer almasıdır. Təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşadığı bildirilir.  

FİDE Prezident Şurasının 14 üzvü hazırkı prezidentin dərhal istefasını dəstəkləyib, 1 nəfər qərarın “əleyhinə” səs verib.

FİDE Prezident Şurası həmçinin təşkilatın Moskva ofisinin də dərhal bağlanılmasına dair qərar qəbul edib.  

FİDE-nin vitse-prezidenti Georgius Makropulos təşkilatın prezidenti postuna öz namizədliyini irəli sürüb.