Logo

Fransa şirkətindən Suriyadakı terrorçulara dəstək


Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" antiterror əməliyyatı ilə ələ keçirilən betonlanmış gizli yollarla bağlı yeni məlumat əldə edilib.

Topxeber.AzTürkiyə mətbuatına istinadla xəbər verir ki, betonların tökülməsi üçün lazım olan sementin Fransanın "Lafarge" şirkəti tərəfindən verildiyi araşdırılıb.

Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı söyləyib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvar ayının 20-də başlatdığı "Zeytun budağı" əməliyyatı ilə Suriyanın Afrin bölgəsini terrorçulardan azad edib.