Logo

Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada ölüb


Ötən gün Göyçayda intihara cəhd edən zaman yaxınları tərəfindən xilas edilən qadın xəstəxanada ölüb.

Topxeber.Az APA-ya istinadən bildirir ki, Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Qaraməryəm kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızını xilas etmək mümkün olmayıb. Qadın bu gün orada vəfat edib.

Qeyd edək ki, R. Mahirova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R. Mahirovanı təcili Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. 

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.