Logo

"Gün keçdi" filmi ilə xatırlanan ABBAS VƏLİBƏYOV!


Xəbər verdiyimiz kimi, Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib.

Topxeber.Az "Qafqazinfo"ya istinadən bildirir ki, tanınmış jurnalist Xaqani Səfəroğlunun mərhum məmurla bağlı paylaşdığı maraqlı məlumatı təqdim edir:

"Onu efirlərdə və canlı heç görmədim. Adını isə bir maraqlı tarixə görə yadda saxlamışam. Abbas müəllim 60-cı illərdə Azərbaycanda yaranan ilk rok qrupu olan “Eskulap”da gitara ifa edib. 

Məşhur "Gün keçdi" filmindən fraqment.. Filmdə unudulmaz "Bir axşam taksidən.." mahnısının caz variantını 60-cı illərdə populyar olan "Eskulap" qrupu ifa edir.

Fotoda "Bitlz" qrupunun üzvlərinə oxşayan bu cazibədar bas -gitaraçı oğlan Abbas Vəlibəyovdur.

Allah rəhmət eləsin!"