Logo

​Hollandiya Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq etdi: içi boş telefon aparın


Hollandiya Xarici İşlər Nazirliyi (XİN) Türkiyə, Rusiya, Çin və İrana səfər edəcək vətəndaşlarına xəbərdarlıq edib.

Topxeber.Az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Hollandiya XİN sadalanan ölkələrə getməyi planlaşdıran ölkə vətəndaşlarına özləri ilə içi boş telefon və noutbukar götürməyi tövsiyyə edib.

Bildirilir ki, həmin 4 ölkədə elektrik cihazlarda yerləşən məlumatlar üçüncü şəxslər tərəfindən oxunur və “kopyalanır”.

Məftun Salmanov