Logo

İşıqlı formalar işə yaramadı... "Süpürgəçi qətliamı"na biri də əlavə olundu


Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Topxeber.Az "Report"-a istinadən bildirir ki,  Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.