Logo

İsrail Qəzza sektoruna hava zərbələri endirib


İsrail aviasiyası aprelin 9-da HƏMAS hərəkatının Qəzza sektorunda yerləşən obyektlərinə hücum edib.

Topxeber.Az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun saytında deyilir.

Bildirilir ki, zərbələr HƏMAS üzvlərinin sərhədi keçərək partlayıcı yerləşdirmək cəhdindən sonra endirilib.

Qeyd edək ki, İsrail aprelin 8-də Qəzza sektoruna avtomobil təkərlərinin gətirilməsini qadağan edib. Bu qərar fələstinli etirazçıların sərhəd boyunca yerləşdirilmiş İsrail snayperlərinə tüstü örtüyü yaratmaq üçün şinlər yandırımasından sonra qəbul edilib.

Məftun Salmanov