Logo

Manat yenidən təhlükədə? - Baş bankirdən AÇIQLAMA


 Hazırda Azərbaycan manatının devalvasiyası üçün heç bir fundamental səbəb yoxdur.

Topxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

O qeyd edib ki, artıq təqribən bir ildir ki manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit vəziyyətdə qalıb:

"Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb.Biz əhəmiyyətli profisit gözləyirik. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi üçün hər hansı bir fundamental fakt yoxdur. Düşünürük ki, bu, baş verməyəcək", - deyə bankın sədri qeyd edib.