Logo

Rusiya Suriya aerodromunu kimin və necə vurduğunu açıqladı


İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd F-15 qırıcı təyyarəsi Suriyanın T-4 aerodromuna zərbə endirib.

Topxeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər. Bildirilir ki, hücum zamanı 8 idarə olunan raketdən istifadə edilib.

Üç raket hədəfə çatıb, qalan beş raket Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. İsrail təyyarələri Suriyanın hava məkanına daxil olmadan Livan ərazisindən zərbə endiriblər.

Məftun Salmanov