Logo

Rusiya Suriyaya zenit-raket-top kompleksi tədarük edib


Rusiya Suriyaya 40 ədəd “Pantsir-S1” zenit-raket-top kompleksi tədarük edib.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, tərəflər arasında ixrac sazişi əsasında həyata keçirilib.

“Pantsir-S1” zenit-raket-top kompleksi yaxın radiuslu fəaliyyət üçün nəzərdə tutulan müasir hava hücumundan müdafiə kompleksidir. Ona hava təhdidinə reaksiya vermək üçün cəmi 4-6 saniyə lazımdır.

Kompleksin arsenalına iki ədəd 30 millimetrlik avtomatik toplar daxildir. Onların fəaliyyət radiusu 4 kilometrədəkdir. 12 ədəd idarə olunan raket isə 20 kilometrədək məsafədə və 15 kilometr yüksəlikdəki hava hədəflərini vura bilər.

Məftun Salmanov