Logo

Suriyadakı hərbi aerodroma raket zərbələri: məsuliyyəti üzərinə götürən yoxdur- VİDEO


Suriyanın Homs vilayətində yerləşən T-4 hərbi aerodromuna raket zərbələri endirilib.    

Topxeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan hərbçilər var. Suriyanın hava hücumundan müfadiə sistemləri 8 raketi vurub. Reketlərdən neçəsinin hədəfə çatdığı hələ məlum deyil.

Aerodrom yaxınlığında bir neçə güclü partlayış baş verib. Raketlərin uçuş zamanı Livanın hava məkanını keçdiyi deyilir. Zərbənin ABŞ Silahlı Qüvvələr tərəfindən endirildiyi bildirilsə de, Ağ ev və Pentaqon aerodroma endirilən zərbələrdə iştirakını təkzib edib.

Suriyanın hərbi obyektlərinə dəfələrlə hücum etmiş İsrail tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib. Qeyd edilir ki, İsrailin kəşfiyyat təyyarəsi raket zərbələri endirilənə Humsun şərqində olub.

Məftun Salmanov