Logo

Türkiyə Ukraynaya sülhməramlılarını yerləşdirməyə hazırdır


Türkiyə Dobassda sülhməramlı missiyada iştirak etməyə hazırdır.

Topxeber.Az-ın Ukrayna Prezidentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirilib.

Qeyd edilir ki, Türkiyə Dobassın işğal edilmiş hissəsində BMT-nin sülhməramlı missiyasının yerləşdirilməsinə dəstək verib və burada iştirak etməyə hazır olduğunu bəyan edib.

Görüşdə, həmçinin Ukrayna, Türkiyə və Qətər arasında üçtərəfli əməkdaşlıq barədə söhbət gedib.

Məftun Salmanov