Logo

Yeni prezident and içdi!


Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.

Topxeber.Az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə İdman–konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.

Qeyd edək ki, aprelin 2-də A. Sarkisyan ölkənin yeni prezidenti seçilib. A. Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.

2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.