Logo

Ərdoğanın təyyarəsi satıldı


Türk Hava Yolları (THY) VİP aviaparkına məxsus "A340-500" tipli sərnişin təyyarəsini satıb.

Topxeber.Az azvision.az-a istinadən xəbər verir ki, satılan təyyarə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadəsində olub. 

Dörd mühərrikli, 2008-ci il istehsalı olan "Aerobus" təyyarəsi iclas salonu, yataq otağı, ümumi salon və digər xidmət otaqlarından ibarət lüks bölmələrdən ibarətdir.