Logo

12 mindən çox polis gücləndirilmiş iş rejiminə keçdi


Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.

Topxeber.Az ision.az-a istinadən məlumat verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən bu gündən etibarən polis əməkdaşları gücləndirilmiş iş rejimə keçib.

Qeyd edək ki, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin etmək üçün 12000-dən çox polis cəlb ediləcək.