Logo

ABŞ Suriyada 22 obyekti vuracaq


ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi Suriyada vurulacaq 22 obyekti müəyyənləşdirib.

Topxeber.az-ın “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, vurulacaq hədəflər arasında İranın dəstəklədiyi şiə milislərin mərkəzləri, habelə rusiyalı hərbçilərin olduğu Hums və Tartusdakı hərbi bazalar var.

Hədəflər Şərqi Qutada kimyəvi silahla həyata keçirilən hücuma cavab olaraq vurulacaq.  Zərbələrin endiriləcəyi hərbi bazalar məsələsində Fransa, İngiltərə, ABŞ və İsrail koordinasiya quraraq hərəkət edəcəklər.

Məftun Salmanov