Logo

Aybəniz Haşımovadan qəribə istək - “Xəbər saytları bağlansın”


Əməkdar artist Aybəniz Haşımova Azərbaycanda internet portallarının bağlanmasını istəyir. 

Topxeber.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə müğənni “facebook” sosial şəbəkəsində status yazıb. 

Sənətçi bildirib ki, əksər insanlar kompyuter arxasında şirə çevrilirlər:

“İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamsının bağlanması haqqında qərar versin. Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompyuter arxasında şirə, pələngə dönürlər”.