Logo

Bağdadinin Gürcüstandan olan “sağ əli” öldürüldü


İraq Silahlı Qüvvələri İŞİD terror təşkilatının başçısı Əbubəkr əl-Bağdadinin müşaviri və “sağ əli” olan Əbu Valid əş-Şişani kimi tanınan Murad Marqoşvilini məhv edib.

Topxeber.Az-ın “Sputnik Gürcüstan”a istinadən verdiyi məlumata görə, o, İraqın şimalında, Kərkük şəhərinin ətrafında öldürülüb.

Qeyri-rəsmi məlumata əsasən, Əş-Şişani Gürcüstanın Duisi kəndində anadan olub.  O, ABŞ-ın “qara siyahısına” salınmışdı.

Gürcüstan hökumətinin məlumatına əsasən, Suriya və İraqda ümumilikdə təqribən 26 gürcüstanlı həlak olub.

Məftun Salmanov