Logo

Dünyanın ən yaşlı kişisi - 112 yaş və 29 gün


Ginnesin Rekordlar Kitabı Yaponiyanın Hokkaydo adasının sakinini dünyanın ən yaxşlı kişisi kimi tanıyıb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Masadzo Nonaka dünyanın ən yaşlı kişisi olub. Onun hazırda yaşı 112 yaş və 29 gün təşkil edir.

Daha əvvəl rekord İspaniyadan olan 113 yaşlı Fransisko Oliverə məxsus olub. O, bu ilin fevralında dünyasını dəyişib.

Məftun Salmanov