Logo

Ermənistan prezidentindən ilk Qarabağ - Açıqlaması


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya Minsk qrupunun həmsədrlərindən biri kimi mühüm rol oynayır".

Topxeber.Az xəbər verir ki, bu sözləri Ermənistanın prezidenti Armen Sarkisyan “TASS” agentliyinə verdiyi müsahibədə deyib. Onun fikrincə, uzun illərdir davam edən münaqişənin həllində həmsədr ölkə kimi Rusiya açar rol oynayır.  

Münaqişənin gec-tez bitməli olduğunu qeyd edən prezident “Son nəticədə bütün regional konfliktlər həllini tapır. Tarix kifayət qədər faciəli və qəddar münaqişələr görüb”,-deyib.