Logo

İsrailin hava zərbəsində 7 iranlı hərbi məsləhətçi həlak olub


İsrailin Suriyadakı T-4 bazasına endirdiyi zərbə zamanı həlak olan yeddi hərbi iranlı məsləhətçinin cəsədi Tehrana çatdırılıb.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl üç iranlının öldüyü bildirilirdi.

Xatırladaq ki, Hums vilayətində yerləşən Tifor (T-4) aviabazasına raket hücumü ötən gün baş verib. Rusiya zərbəni İsrailə məxsus iki ədəd F-15 qırıcınının endirdiyini bəyan edib. Lakin İsrailin siyasi və hərbi rəhbərliyi zərbəyə aiddiyyatının olub-olmadığını nə təsdiq, nə də təkzib edir.

Məftun Salmanov