Logo

Narkotik qəbul edən qoyunlar evlərə basqın etdilər


İngiltərədəki Raydipendi kəndində marixuana yeyən qoyunlar kəndi bir-birinə qatıblar.

Topxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, kəndin icra nümayəndəsi Riçard hadisəni belə təsvir edib:
 
"Qoyunlar küçələrdə qaçışır, bağçalara girirdi. Hətta biri evə girərək pis vəziyyətə salıblar".

Qoyunların yaxınlıqda yerləşən və vaxtilə qeyri-qanuni fəaliyyət göstərmiş fabrikə aid marixuana qalıqlarını yedikləri təxmin edilir. Bu hadisədən sonra polisə müraciət edilib və qalıqların yox edilməsi tələb olunub.