Logo

Rubl dəyərdən düşməkdə davam edir


Moskva birjasında keçirilən hərraclara əsasən,  dolların rubla nisbətdə məzənnəsi 61,89 rubl (artım 1,23 rubl) təşkil edib.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci il yanvarın 4-dən bəri ilk dəfədir qeydə alınır.

Avronun isə rubla qarşı məzənnəsi 75 rublu keçərək 76,12 rubl (artım 1,42 rubl) olub. Bu isə 2016-cı il mayın 4-dən bəri ilk dəfə baş verir.

Məftun Salmanov