Logo

Rusiyada “tax free” sistemi buraxıldı


Moskva, Sankt-Peterburq və Krasnodarsk şəhərlərində test rejimində “tax free” sistemi buraxılıb.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sistem Rusiya ərazisində edilən alış-verişdən ƏDV-nin əcnəbilərə qaytarılmasını nəzərdə tutur.

Avrasiya İqtisadi İttifaqına daxil olmayan dövlətlərin vətəndaşlar Rusiyada aldıqları malların 18 faiz həcmində ƏDV-sini özlərinə  qaytara bilərlər. Əcnəbilər kompensasiya almaq üçün bir gün ərzində azı 10 min rubl məbləğində mallar almalı və onlar üzrə qəbzi rəsmiləşdirməlidirlər.

Məftun Salmanov