Logo

Səudiyyə Ərəbistanı ilk dəfə Kann festivalına qatılacaq


Səudiyyə Ərəbistanı da Kann film festivalına qatılmaq qərarına gəlib.

Topxeber.Az Trend-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı festivala bir neçə qısametrajlı filmlə qatılacaq.

Bu barədə xəbər verən Səudiyyə Ərəbistanının mədəniyyət naziri Avad ben Saleh əl-Avd deyib: "Bu gün Fransanın mədəniyyət naziri ilə Kann festivalında ilk dəfə iştirak etməklə bağlı razılığa gəldiyimiz üçün çox şadıq".

Qeyd edək ki, 71-ci Kann film festivalı mayın 8-dən 19-a qədər keçiriləcək.