Logo

Suriya məsələsi Trampın səfər planlarını dəyişdi


ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar 2 səfərini təxirə salıb.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp aprelin 13-14-də Peruda keçirilməsi planlaşdırılan  Amerika dövlətləri sammitinə qatılmayacaq.

Amerika Prezidentinin, həmçinin Kolumbiyaya planlaşdırılan səfəri baş tutmayacaq. Vitse-prezidenti Maykl Pens onun əvəzinə səfər edəcək.

D. Tramp Suriyadakı hadisələrlə əlaqədar ABŞ-ın cavabına nəzarət etmək üçün ölkədə qalacaq.

Məftun Salmanov