Logo

Suriya təmsilçisinin çıxışı zamanı 3 ölkə nümayəndəsi BMT-nin iclasını tərk etdi - FOTO


Fransanın təkidi ilə Suriyadakı vəziyyətlə bağlı təcili olaraq keçirilən BMT TŞ-nin iclasında gərgin anlar yaşanıb.

Topxeber.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nyu-Yorkda təşkil olunan iclas zamanı Suriya təmsilçisinin çıxışı zamanı 3 ölkənin təmsilçiləri zalı tərk edib.

Suriyanın BMT-dəki sözçüsünün çıxışı zamanı ABŞ, İngiltərə və Fransanın təmsilçiləri TŞ-nin iclasını tərk edib.