Logo

Türkiyə Afrinin "kimde qalacağını" dedi- Seçilmiş hökümət!


"Afrində terror təhlükəsi davam edir, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik".

APA-nın NTV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə münasibət bildirən Canikli, bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik" deyib.