Logo

Türkiyədə qəza: 3-ü ağır olmaqla 14 şagird yaralanıb


Türkiyənin Siirt bölgəsindəki Pervari rayonunda şagirdləri daşıyan mikroavtobusun aşması nəticəsində 14-ü şagird olmaqla 18 nəfər yaralanıb.

Topxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mikroavtobus Altınoluk kəndi yaxınlığında dərəyə aşıb. Vəziyyəti ağır olan 3 şagird Van dövlət xəstəxanasına yola salınıb. Digər yaralılara Siirtdə yardım göstərilib.