Logo

Vilayəti: İsrailin cavabını verəcəyik


İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Suriyanın aviabazasına endirdiyi hava zərbələrini cavabsız qoymayacağıq”.

Topxeber.Az-ın “RİA Novosti” a  agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranin Ali lideri Ayətulla Əli Xamaneinin köməkçisi Əli Əkbər Vilayəti deyib.

Onun sözlərinə görə, aviabazaya edilən hücum İsrailin törətdiyi cinayət əməlidir. Qeyd edək ki, İsrailin aviabazaya etdiyi hücum nəticəsində 14 nəfər, o cümlədən 7 iranlı hərbi məsləhətçi həlak olub.

Məftun Salmanov