Logo

ABŞ-da daha bir vəzifəli şəxs Ağ Evdən ayrılıb


ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik üzrə məsləhətçisi Tom Bossert vəzifəsindən istefa edib.

Topxeber.Az AZƏRTAC  saytına istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Senders məlumat verib. İstefanın səbəbi açıqlanmayıb.

D.Tramp məsləhətçisinə xidmətlərinə görə minnətdarlığını ifadə edib.

ABŞ mediasında yer alan məlumatlarda T.Bossertin D.Trampın yeni milli təhlükəsizlik məsləhətçisi John Boltonun istəyi ilə istefa verdiyi bildirilib.

Qeyd edək ki, D.Tramp 2017-ci il hakimiyyətə gəldikdən sonra Ağ Evdən çox sayda hökumət üzvü vəzifəsindən azad olunub.