Logo

ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri səsvermə prosesini izləyir


ATƏT DTİHB-nin Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə missiyası səsvermə prosesini izləyir.

Topxeber.Az-ın məlumatına görə, missiyanın rəhbəri Koryen Yonker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib.

Müşahidə prosesi digər məntəqələrdə davam etdiriləcək.