Logo

Azərbaycan ordusu Xocalı hava limanına hücum etdi - Erməni generalı belə öldürüldü - Kamikadze drondan şok zərbə - VİDEO


2016-cı ildə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə tarixə " Aprel döyüşləri" və ya " Dördgünlük müharibə" kimi daxil oldu. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.

Topxeber.az faktor.az -a istinadənxəbər verir ki, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Bu döyüşlər zamanı Azərbaycan ordusu müasir və güclü silahlardan və hərbi texnikadan istifadə etmişdir. Dördgünlük müharibədə Azərbaycan ordusunun HAROP kamikadze dronu ilə etdiyi hücumlar da özünəməxsus şəkildə böyük əhəmiyyət kəsb edir. Mətbuatda, daha çox, Ağdərə istiqamətində veteran erməni döyüşçülərini daşıyan avtobusun vurulmasından bəhs edilsə də, ordumuz daha 5 HAROP hücumu edib və bunlardan ikisində hədəf kimi Xocalı hava limanı seçilib.