Logo

“Brent” markalı neftin qiyməti son 4 ildə ən yüksək həddə çatıb


“Brent” markalı xam neftin qiyməti son 40 ayda ən yüksək həddə çatıb.

Topxeber.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu markadan olan 1 barel neftin qiyməti 71,33 dollara çatıb.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti 2014-cü il dekabrın 3-dən bəri ilk dəfə bu qədər yüksək səviyyəyə çatıb.

Məftun Salmanov