Logo

Britaniya Formula 1 zamanı Bakıya səfər edəcək vətəndaşları üçün səfər tövsiyəsi verib


Böyük Britaniya hökuməti Formula 1 Qran Prisi çərçivəsində Bakıya səfər edəcək vətəndaşlarına səfər tövsiyəsi verib. 

Topxeber.Az saytının APA-ya istinadən verdiyi məlumata görə, tövsiyədə Britaniya vətəndaşlarının Azərbaycana daxil olması üçün viza tələb olunduğu qeyd olunub. Həmçinin vətəndaşlar üçün Azərbaycanda  aprelin 27-29-da Qran Pri keçiriləcək vaxtda havanın temperaturu və nəqliyyat imkanları barədə məlumat verilib. 

Qeyd olunur ki, Bakıda cinayətin səviyyəsi aşağıdır. Bununla belə, Britaniya hökuməti vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.