Logo

Cəlilabadda ana doğuşdan sonra ölüb


Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.

Topxeber.Az APA-ya istinadən bildirir ki, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.

V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.