Logo

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb - YENİLƏNİB


Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Topxeber.Az-ın xəbərinə görə, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb. 

Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.

***12:30

Əlcəzairin şimalında hərbi təyyarənin düşməsi nəticəsində azı 200 nəfər həlak olub.

Topxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Bufarik şəhərindəki aeroportun yaxınlığında baş verib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Məftun Salmanov