Logo

Ermənistan Aİ ilə tərəfdaşlıq haqqında sazişi ratifikasiya etdi


Ermənistan parlamenti Avropa İttifaqı (Aİ) ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini ratifikasiya edib.

Topxeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Aİ sənədin qəbul edilməsindən sonra Ermənistana 2020-ci ilədək 175 milyon avro maliyyə yardımı ayıracaq.

Ermənistan hökuməti bu vəsaitləri sazişin şərtlərinin əməl edilməsinə xərcləməlidir. Aİ-nin Ermənistana viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, tərəflər arasında saziş 2017-ci il noyabrın 24-də imzalanıb.

Məftun Salmanov