Logo

Ermənistanda aksiya keçirən tələbələrə hücum etdilər


Yerevan Dövlət Universitetinin Mühafizə Xidmətinin əməkdaşları aprelin 13-də keçiriləcək mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib.

Topxeber.Az report-a istinadən xəbər verir ki, tələbələr hadisə ilə bağlı hüquq müdafiəçilərinə müraciət ediblər.

Universitet Administrasiyasının rəhbəri Alik Qaribyan tələbələrin üstünə qışqıraraq deyib: "Siz, burada siyasi vərəqələr paylayırsız? Biz buna imkan verməyəcəyik".

Qeyd edək ki, Serj Sarqsyanın baş nazir seçilməsinə mane olmaq məqsədi ilə aprlein 13-də Yerevanda fasiləsiz mitinq keçiriləcək.