Logo

“Liverpul” Qvardiolanın komandasını 1 mövsümdə 3 dəfə udan ilk klub oldu


“Liverpul” tarixdə bir mövsüm ərzində Pep Qvardiolanın çalışdırdığı komandaya üç dəfə qalib gələn ilk klub oldu.

Topxeber.az-ın “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, bu, Çempionlar Liqasının (ÇL)1/4 final mərhələsində “Liverpul”un səfərdə “Mançester Siti”ni 2:1 heaabı ilə məğlub etməsi ilə mümkün olub.

ÇL-nin 1/4 final mərhələsinin ilk oyununda “Liverpul” rəqəbini 3:0 hesabı ilə darmadağın etmişdi. Yanvarda isə “Mançester Siti” İngiltərə çempionatında “Liverpul” tərəfindən 4:3 hesabı ilə məğlub edilmişdi.

Məftun Salmanov