Logo

Lotereyada 17 milyon avro uddu


Belçika sakini “EuroMillions” lotereyasında 17 milyon avro qazanıb.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “EuroMillions” sayəsində hər il Belçikanın bir neçə vətəndaşı milyonçu olur.

Belə ki, 2016-cı ilin oktyabrında belçikalı küçə süpürgəçisi lotereyada 168 milyon avro udub ki, bu da ölkə tarixində ən böyük uduş hesab olunur.

2017-ci ildə Belçikanın təqribən 6,5 milyon sakini azı bir dəfə “EuroMillions” lotereyasında bəxtlərini sınayıb.

Məftun Salmanov