Logo

Müharibə olarsa ABŞ və Rusiyanın Suriyada istifadə edə biləcəyi silahlar


National Interest” jurnalı ABŞ və Rusiyanın Suriyada münaqişə baş verəcəyi halda hansı silah növlərindən istifadə edə biləcəyini açıqlayıb.

Topxeber.Az-ın məlumatına görə, ABŞ müxtəlif obyektlərə hücum etmək üçün “Tomaqavk” və “AGM-86C” qanadlı raketlərindən, eləcə də beşinci nəsil “Lockheed/Boeing F-22” çoxhədəfli qırıcı təyyarəsindən və “Northrop B-2 Spirit” strateji bombardmançı təyyarəsindən istifadə edə bilər.

Rusiyanın arsenalında isə “X-101” və “Kalibr” qanadlı raketləri, eləcə də “Tu-9” və “Tu-160” strateji bombardmançı təyyarələri var.

Bildirilir ki, amerikalı hərbçilər Suriyada Rusiya ordusunun qüvvələrinə zərbə vursalar müharibə başlayacaq.

Məftun Salmanov